Rusiya ordusu Kurskdan Ukraynaya DAXİL OLUB
Gündəm / Dünya
19-02-2025, 18:36

"Rusiya qoşunları ötən gecə Kursk vilayətində Rusiya sərhədini keçərək Ukrayna ərazisinə daxil olub”.
Bunu Rusiya Prezidenti Vladimir Putin bildirib.
O bildirib ki, dünən gecə 710-cu briqadanın döyüşçüləri Kursk vilayətindən Rusiya Ukrayna sərhədini keçərək düşmən ərazisinə daxil olublar.
Putin Rusiya ordusunun bütün cəbhə boyu hücum etdiyini də bildirib.