KİV: Almaniya 200 milyard avroluq Müdafiə Fondu yaratmağı düşünür
Gündəm / Dünya
25-02-2025, 18:49

Almaniya büdcəsi 200 milyard avro təşkil edəcək Müdafiə Fondunun yaradılmasını nəzərdən keçirir.
Bu barədə məlumatı "Bloomberg" yayıb.
Fondda toplanacaq vəsait ölkənin müdafiə xərclərinin artırılmasına yönəldiləcək.
O da bildirilib ki, yaxın vaxtlarda kansler vəzifəsinin icrasına başlayacaq Fridrix Merts layihənin tez bir vaxtda təsdiqlənməsi üçün müzakirələrə başlayıb.
Sözügedən maliyyə qurumuna toplanan vəsait həm də Ukraynaya dəstək məqsədilə istifadə olunacaq.