"Zelenskini kürəyindən necə bıçaqlaya bilərsən?"

Gündəm / Dünya
1-03-2025, 09:19
"Zelenskini kürəyindən necə bıçaqlaya bilərsən?"
Ağ Evdəki səhnələr şokedicidir.

Bu sözləri Almaniya parlamentinin Xristian Demokrat İttifaqı fraksiyasının sədr müavini Johan Devid Vadeful Ağ Evdə mübahisə ilə keçən Tramp-Zelenski görüşünü şərh edərkən deyib.

O qeyd edib ki, Azad Avropa Ukraynaya xəyanət etməyəcək.

"İşğal olunmuş bir ölkənin prezidentini kürəyindən necə belə bıçaqlaya bilərsən?", - alman siyasətçi bildirib.

Qeyd edək ki, Ağ Evdə ötən gün ABŞ və Ukrayna Prezidentləri Donald Tramp və Volodimir Zelenski arasında baş tutan görüş olduqca gərgin keçib.