Ərdoğanla Putin İsrail-İran qarşıdurmasını müzakirə edib

Gündəm / Dünya
16-06-2025, 15:37
Ərdoğanla Putin İsrail-İran qarşıdurmasını müzakirə edib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı olub.

Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Tərəflər telefon danışığı zamanı İsrail-İran qarşıdurmasını, bölgədəki vəziyyəti və ikitərəfli əlaqələri müzakirə ediblər.