Səhiyyə Nazirliyi: İsrailin Dəməşqə endirdiyi zərbələr nəticəsində 13 nəfər yaralanıb

Gündəm / Dünya
16-07-2025, 17:59
Səhiyyə Nazirliyi: İsrailin Dəməşqə endirdiyi zərbələr nəticəsində 13 nəfər yaralanıb

İsrail Silahlı Qüvvələrinin Dəməşqə hava zərbələri nəticəsində azı 13 nəfər yaralanıb.

Bu barədə Suriya Səhiyyə Nazirliyi məlumat verib.

Daha əvvəl Suriya KİV-i məlumat yaymışdı ki, İsrail Hərbi Hava Qüvvələri Dəməşqdə Prezident sarayı və Müdafiə Nazirliyinin binasına zərbələr endirib.