İsrail Livanın cənubuna zərbə endirib, bir nəfər yaralanıb

Gündəm / Dünya
25-10-2025, 14:54
İsrail Livanın cənubuna zərbə endirib, bir nəfər yaralanıb

Livanın cənubundakı Haruf kəndində İsrailin pilotsuz uçuş aparatının hücumu nəticəsində bir nəfər yaralanıb.

Bu barədə Livanın "Əl-Əxbar" qəzeti məlumat yayıb.

Məlumata görə, hücum kənddəki məktəbin yaxınlığında yerləşən bir nəqliyyat vasitəsini hədəf alıb.

İsrail Müdafiə Qüvvələri hələlik hadisə ilə bağlı şərh verməyib.