Vaşinqtondakı atışma məni dərindən sarsıtdı - İlham Əliyev

Gündəm / Siyasət
Dünən, 12:30
Vaşinqtondakı atışma məni dərindən sarsıtdı - İlham Əliyev

Vaşinqtonda keçirilən Ağ Ev Müxbirləri Assosiasiyasının şam yeməyində baş verən atışma məni dərindən sarsıtdı.
Bu barədə Prezident İlham Əliyev X-da paylaşımında bildirib. 
“Belə zorakılıq halları qəbuledilməzdir və qəti şəkildə pislənməlidir. Prezident Trampın, Birinci xanımın və bütün iştirakçıların təhlükəsiz olması sevindiricidir. Onlara davamlı təhlükəsizlik və rifah arzulayıram”, - deyə dövlət başçısı vurğulayıb.