“Buta Airways”in qiymətləri 29 avroya ENDİRİLƏCƏK

Sosial
13-01-2022, 19:34
“Buta Airways”in qiymətləri 29 avroya ENDİRİLƏCƏK
Azərbaycanın aşağıbüdcəli aviadaşıyıcısı olan "Buta Airways” aviaşirkətinin bütün istiqamətlərdə minimal tarifi, koronavirus pandemiyasına qədər olduğu kimi, 29 avroya azaldılacaq.

Bu barədə AZAL məlumat yayıb.

"Bu günlərdə bu barədə rəsmi məlumat veriləcəkdir", - deyə məlumatda qeyd olunub.