Rusiyada avtobusun yük maşını ilə toqquşması nəticəsində beş nəfər həlak olub
Dünya
Bu gün, 11:00

Rusiyanın Stavropol diyarında Gürcüstandan gələn avtobusun yük maşını ilə toqquşması nəticəsində beş nəfər həlak olub.
Bu barədə regional prokurorluq məlumat yayıb.
"İlkin məlumatlara görə, 30.08.2026-cı il tarixində gecə saatlarında "Qafqaz" federal avtoyolunda sərnişin avtobusunun yük nəqliyyat vasitəsi ilə toqquşması baş verib", - məlumatda bildirilib.
Qurumun məlumatına görə, beş nəfər həlak olub, həmçinin xəsarət alanlar da var, onlara tibbi yardım göstərilir. Yol-nəqliyyat hadisəsi faktı üzrə prokurorluq yoxlama aparır.
Stavropol diyarının Dövlət Avtomobil Müfəttişliyindən dəqiqləşdiriblər ki, beşi uşaq olmaqla, 24 nəfər xəsarət alıb.