Türkiyəyə şəxsiyyət vəsiqəsi ilə səfər bu tarixdən başlayır

Gündəm
16-03-2021, 16:51

Türkiyəyə şəxsiyyət vəsiqəsi ilə səfər bu tarixdən başlayır

 



Türkiyə və Azərbaycan vətəndaşları 1 apreldən etibarən iki ölkə arasında tək şəxsiyyət vəsiqəsi ilə səyahət edə biləcəklər.

 "Anadolu” agentliyi xəbər verir ki, bu barədə Türkiyənin Baş Polis İdarəsi açıqlama yayıb.

"İki ölkənin vətəndaşları 1 aprel 2021-ci il tarixindən etibarən qarşılıqlı səfərlərdə tək şəxsiyyət vəsiqəsi ilə səyahət edə biləcəklər. Vizasız ölkədə qalma müddəti 30 gündən 90 günə qaldırıldı”,- deyə açıqlamada qeyd olunub.