Neft yenidən bahalaşdı

Gündəm / İqtisadiyyat
24-03-2021, 10:17

Neft yenidən bahalaşdı

 



ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində "Brent" neftinin ixracına dair 2021-ci ilin may müqaviləsinin dəyəri 0,02% artaraq 1 barelə görə 60,80 dollar təşkil edib.

Nyu-Yorkun NYMEX əmtəə birjasında mayda ixrac etməklə WTI markalı neftin 1 barelinin qiyməti 0,03% artaraq 57,78 dollar təşkil edib.