38 mindən çox sahibkara güzəştli kredit verilib - Mikayıl Cabbarov
Gündəm / İqtisadiyyat
29-03-2021, 19:22
2002-2020-ci illərdə Sahibkarlığın İnkişafı Fondu tərəfindən investisiya layihələrinin ümumi dəyəri 5,9 milyard manat olan 38 mindən çox sahibkara 2,6 milyard manat güzəştli kredit verilib.
Bu sözləri iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.
Nazir bildirib ki, 173 mindən çox yeni iş yerinin açılması imkanı yaradılıb.
