Bakıda sıxlıq: Avtobusların hərəkəti çətinləşdi - FOTO

Gündəm / Maraqlı
30-03-2021, 09:26
 
Bakıda sıxlıq: Avtobusların hərəkəti çətinləşdi - FOTO

Bakının bəzi prospektlərində sıxlıq müşahidə edilir.


Bu barədə  Bakı Nəqliyyat Agentliyindən (BNA) məlumat verilib.


Bildirilib ki, hazırda paytaxtın Qara Qarayev prospekti "Koroğlu” m/st-sı istiqamətində, 20 Yanvar dairəsi Ziya Bünyadov prospekti istiqamətində, Moskva prospekti şəhər istiqamətində, Yusif Səfərov küçəsi Heydər Əliyev prospekti istiqamətində, Babək prospekti mərkəz istiqamətində, Sabunçu-şəhər yolu mərkəz istiqamətində nəqliyyat vasitələrinin hərəkətində sıxlıq müşahidə olunur. 

 

Sıxlıq səbəbindən hazırda bütün istiqamətlərdə marşrut xətləri üzrə avtobusların hərəkətində çətinliklər var.