Mikayıl Cabbarov peyvənd olundu

Gündəm / İqtisadiyyat
2-04-2021, 11:28

Mikayıl Cabbarov peyvənd olundu

 



İqtisadiyyat naziri Mikayıl Cabbarov COVID-19 əleyhinə peyvənd olunub.

Bu barədə nazir özünün sosial media hesabında yazıb.

"Mən də peyvənd olunmuşam və hər kəsə bu prosesə qoşulmağı tövsiyə edirəm”, - deyə Mikayıl Cabbarov qeyd edib.

O bildirib ki, COVID-19 əleyhinə peyvənd koronavirusun yaratdığı təhlükənin məhdudlaşdırılması, cəmiyyətimizin virusa qarşı immunitetinin yüksəldilməsi və hər birimizin sağlamlığımızın qorunması üçün effektiv vasitədir.