Rəşadın öldürdüyü şəxs 15 gün əvvəl azadlığa çıxıbmış - FOTO

Gündəm / Hadisə
9-11-2022, 11:53
Rəşadın öldürdüyü şəxs 15 gün əvvəl azadlığa çıxıbmış - FOTO

Meyxanaçı Rəşad Dağlının (Əmirov) qətlə yetirdiyi İsgəndər Mehtiyev Cinayət Məcəlləsinin 234.4.3 (külli miqdarda narkotik vasitələrin qanunsuz dövriyyəsi) maddəsi ilə uzun müddət həbsdə olub. 

Xeberekspress.az APA-ya istinadən xəbər verir ki, o, təxminən 15 gün əvvəl cəzasını başa vuraraq azadlığa buraxılıb.

Məlumata görə, İsgəndər Mehtiyev azadlığa buraxıldıqdan sonra dəfələrlə Rəşad Dağlıya zəng vuraraq onunla mübahisə edib.